Rusiya benzin ixracına tətbiq etdiyi məhdudiyyətləri yalnız istehsalçıları əhatə edəcək şəkildə aradan qaldırdı.
Vətəninfo.az xəbər verir ki, Rusiya rəsmi hökumət mənbələrindən verilən yazılı açıqlamada benzin ixracına qoyulan məhdudiyyətlərin 31 yanvar 2025-ci il tarixinədək uzadıldığı bildirilib. Bununla yanaşı, benzin istehsalçılarının məhdudiyyətlərdən azad edilməsi barədə qərar qəbul edildiyi qeyd edilib. Açıqlamada “Bu qərar daxili yanacaq bazarında sabitliyin təmin edilməsi, neft emalı zavodlarının dəstəklənməsi və benzinin qeyri-rəsmi ixracının qarşısının alınması məqsədilə qəbul edilib” ifadələrinə yer verilib.
Rusiyada neft emalı zavodlarının pilotsuz uçuş aparatlarının hücumlarına məruz qalması və xüsusilə kənd təsərrüfatı sektorunda artan tələbat səbəbindən benzin qiymətlərində artım qeydə alınmışdı. Qiymət artımları səbəbilə hökumət vaxtaşırı olaraq ixrac məhdudiyyətləri tətbiq edir.
Xatırladaq ki, Rusiya benzin ixracını son dəfə 1 avqust 2024 tarixindən eyni ilin sonuna qədər məhdudlaşdırmışdı.