image-1backend

Rusiya bərəsi Ukrayna silahlı qüvvələrinin raketi ilə vurularaq batıb

image-reklam_sirab_01

Ukrayna silahlı qüvvələrinin “Qafqaz” limanına raket hücumu nəticəsində zədələnmiş dəmir yolu bərəsi batıb.

Vətəninfo.az  “Lenta.ru” ya istinadən verdiyi məlumata görə , bu barədə Krasnodar vilayətinin operativ qərargahı məlumat yayıb.Həmçinin qeyd olunur ki, limanın özünün ərazisində heç bir yanğın yoxdur. Bundan əvvəl Temryuk vilayətinin rəhbəri Feodor Babenkov bərədə 30 yanacaq çəni olduğunu bildirmişdi.Raket zərbəsi nəticəsində qeyri-rəsmi məlumatlara görə, “Conroe Trader” dəmiryol bərəsi Ukraynaya məxsus “Neptun” raketi ilə vurulub və nəticədə yanğın baş verib. Bərədə beş nəfər olub, onların taleyi məlum deyil.Limandakı partlayış anının videosu da internetdə yayılıb. Kadrlarda qalın qara tüstü sütununun göyə qalxması görünür.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki