Rusiya Bryansk vilayətinə sızmağa çalışan Ukraynanın təxribat qrupunun zərərsizləşdirildiyini açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, Rusiya kəşfiyyatı FSB Ukrayna ilə sərhəddəki Bryansk vilayətində yaşanan olayla bağlı bəyanat yayıb.
Sızma cəhdinin Bryansk vilayətinin Starodubskiy qəsəbəsində yaşandığı bildirilib.
“FSB və Rusiya Müdafiə Nazirliyinin qüvvələri Ukraynanın təxribat qrupunu zərərsizləşdirib və sızma cəhdinin qarşısını alıb”,-deyə bəyanatda qeyd olunub.
Bəyanatda qarşıdurmanın baş verdiyi bölgədə xarici silahların ələ keçirildiyi bildirilib.
2022-ci ilin 24 fevral tarixində Rusiya prezidenti Vladimir Putin Ukraynanı işğal etmək əmrini verdi və bununla da Rusiya-Ukrayna müharibəsi başladı.


























