“Rusiya Ukrayna ilə müharibədə uduzur və bu tendensiya artıq bütün dünyada özünü göstərir. Bununla belə, Rusiya hakimiyyəti reallığı inkar etməkdə davam edir” – Vətəninfo.az Unian-a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski bildirib.
Onun sözlərinə görə, Kreml dünyanı aldatmaq cəhdlərini davam etdirir.
“Rusiyanın bu müharibədə uduzduğu artıq dünya ictimaiyyətinə aydın olsa da, Rusiyanın ağaları reallığı inkar etməkdə davam edirlər. Onlar dünyanı aldatmağa, sanksiyalardan yan keçməyə, daha çox silah istehsal etməyə, bu təcavüzə daha çox resurs və insanların xərclənməsini təmin etməyə çalışırlar”, – deyə Ukrayna prezidenti bildirib.