Qərb Rusiyanın indiki formasında qalacağı və Kremlin belə böyük əraziyə nəzarət edə bilməyəcəyi illüziyası ilə vidalaşmalıdır.
Vətəninfo.az xəbər verir ki, bu barədə Bild-ə müsahibəsində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Danilov bildirib.
“Bizim Priqojin üsyanı zamanı bölgələrin necə reaksiya verdiyinə dair təhlilimiz var. Bu təhlillərə əsasən, Rusiyanın dağıldıqdan sonra necə görünəcəyini deyə bilərik. Tatarıstan ayrı olacaq, Dağıstan ayrıca ölkə olacaq, onun Rusiya ilə heç bir əlaqəsi olmayacaq, onlar Rusiya Federasiyasının müstəmləkələridir”, – Danilov bildirib.


























