image-1backend

Rusiya dost olmayan ölkələrdən aktivlərin satışını çətinləşdirdi

image-reklam_sirab_01

Rusiya xarici şirkətlərə dost olmayan ölkələrdən aktivlərin satışını çətinləşdirib. Ölkənin Maliyyə naziri Anton Siluanov qeyd edib ki, Rusiyanı tərk edəcək dost olmayan ölkələrdən olan xarici şirkətlərin aktivlərinin satışı üzrə minimum uçot dərəcəsi 60 faizə qədər artırılıb. O, paytaxt Moskvada jurnalistlərə açıqlamasında qaydaları yenilədiklərini bildirərək deyib: “Sözügedən şirkətlər aktivlərinin satışından əldə etdikləri gəlirin bir hissəsini Rusiya büdcəsinə köçürməlidir. Bu nisbət 15-dən 25 faizə qaldırıldı. İlk il 5 faiz, növbəti il isə üzərinə 5 faiz gəlməklə ümumi töhfə 35 faiz olacaq.

Aktiv satışlarında uçot dərəcəsi də artdı. Xaricilər üçün uçot dərəcəsi 50-dən 60 faizə qaldırıldı”.

Qeyd edək ki, Rusiyada Ukrayna müharibəsindən sonra ölkəni tərk etmək qərarına gələn bir çox Qərb şirkətlərinin aktiv satışı qaydaları 2022-ci ildən qüvvəyə minib. Bu qaydalara əməl olunmasını və sahibkarlıq subyektlərinin maliyyə sabitliyini təmin etmək üçün Rusiyanın Maliyyə naziri Anton Siluanovun sədrliyi ilə hökumət komissiyası yaradılıb. Ölkədə boşalmış istehsalat obyektləri və fabriklərə müvəqqəti yerli özünüidarəetmə orqanları təyin edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki