Vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və terror fəaliyyəti ilə bağlı təhlükələrin qarşısının alınması məqsədilə Rusiyanın Belqorod, Kursk və Bryansk vilayətlərində antiterror əməliyyatı rejimi elan edilib.
Vətəninfo.az xəbər verir ki , bu barədə Rusiya Federasiyasının Milli Antiterror Komitəsi məlumat yayıb.Açıqlamada bildirilir ki, ÜST prezidenti, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovun qərarı ilə avqustun 9-dan adıçəkilən bölgələrdə antiterror əməliyyatları aparılır. Antiterror əməliyyatları rejimi həm də mülki obyektlərə nəzarətin və monitorinqin gücləndirilməsini nəzərdə tutur. Komitə həmçinin məlumat verib ki, dövlət qurumları rusların təhlükəsizliyini təmin etmək, asayişi qorumaq və obyektlərin antiterror mühafizəsini gücləndirmək üçün əlavə tədbirlər görür.Rusiya tərəfinin məlumatına görə, avqustun 6-da səhər saatlarında Ukrayna Silahlı Qüvvələrinin bölmələri dövlət sərhədini keçərək Kursk vilayətinin Sudjanski rayonu ərazisinin bir hissəsini işğal etməyə cəhd edib. Hücum mülki əhalinin tələfatı, yaşayış binalarının və digər mülki infrastrukturun zədələnməsi ilə nəticələnib.Regionda federal səviyyədə fövqəladə vəziyyət qüvvədədir.