image-1backend

“Rusiya-Fransa münasibətləri olduqca kritikdir” – Studennikov

image-reklam_sirab_01

Rusiya rəsmisi Fransa ilə münasibətlərin “hətta Soyuq Müharibə dövrü ilə müqayisə olunmayacaq dərəcədə dərin böhran içərisində olduğunu” bildirib.

Vətəninfo.az xəbər verir ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyi Avropa departamentinin rəhbəri Artyom Studennikov “RİA Novosti” agentliyinə müsahibəsində deyib: “Rusiya-Fransa münasibətləri həqiqətən də dərin böhran içindədir. Vəziyyəti heç bir ölkə ilə müqayisə etmək mümkün deyil. Heç “soyuq müharibə” dövründə belə bu cür deyildi. “Ölkələr arasında əməkdaşlığın əsas istiqamətləri təkcə siyasət və iqtisadiyyat deyil, həm də mədəniyyət, təhsil və idman sahələrində əlaqələr belə Fransa tərəfi tərəfindən əngəllənir.

Rəsmi Parisin Ukraynaya qoşun yeritmək planlarını da şərh edən A.Studennikov “Açığı, belə bir ssenari baş verərsə, cavab tədbirləri siyasi müstəvidən kənara çıxacaq. Biz bu məsələ ilə bağlı Fransa tərəfinə dəfələrlə xəbərdarlıq etmişik. Bu, Moskvanın seçimi deyil, Qərbin uzun illər Rusiyaya qarşı təzyiq siyasətinin nəticəsidir ki, bu gün hibrid müharibəyə çevrilib”.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron “Rusiya ordusu cəbhə xəttinə keçərsə və rəsmi Kiyev kömək istəyərsə, Ukraynaya qoşun yeritmək imkanını özlərində saxladıqları”nı deyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki