image-reklam-veteninfo
image-1backend

Rusiya gəmilərinin ABŞ limanlarına girişi qadağan edildi

image-reklam-veteninfo

ABŞ prezidenti Donald Tramp 2022-ci il aprelin 21-də verdiyi qərarın müddətini Rusiyaya aid gəmilərin Amerika limanlarına girişinə qoyulan qadağanı saxlayaraq bir il uzadıb. Vətəninfo.az xəbər verir ki , Tramp bu barədə ABŞ Konqresinə yazdığı məktubda bildirib.

“Rusiya Federasiyası hökumətinin siyasəti və hərəkətləri fövqəladə vəziyyət yaratmağa davam edir, buna görə də mən Rusiyaya münasibətdə fövqəladə vəziyyəti və 10371 saylı Bəyannamədə göstərildiyi kimi Rusiyaya aid gəmilərin ABŞ limanlarında dayanmasını və hərəkətini tənzimləmək üçün fövqəladə səlahiyyətləri bir il müddətinə uzadıram”, – Ağ Evin dövlət məktubunda dərc olunub.

21 aprel 2022-ci ildə ABŞ-ın o zamankı prezidenti Co Bayden Rusiya ilə əlaqəsi olan gəmilərin Amerika limanlarına girişinin qadağan ediləcəyini açıqlamışdı. Bu qadağa sonradan uzadıldı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki