image-reklam-veteninfo
image-fb_img_1748928858313backend

Rusiya hava limanlarına hücumla bağlı şok faktlar

image-reklam-veteninfo

Əməliyyat 5 TIR-la, Rusiyanın 5 ayrı bölgəsində həyata keçirilib. Min kilometrlərlə uzaq məsafədə yerləşən, üç fərqli saat qurşağında yerləşən hərbi hava limanları hədəf seçilib.

Məsələn, Olenya aviabazası Murmansk vilayətindədir, Ukrayna sərhədindən 2000 kilometr aralıdır. Belaya bazası isə Sibirdə yerləşir, Ukrayna sərhədindən 4000 km məsafədə yerləşir.

Ən biabırçısı odur ki, Ukrayna DTX-sının TIR-ları əməliyyat keçiriləcək şəhərlərdə Rusiya DTX-sının yerli ofisinin düz yanında park edilib. Sürücülər maşınları saxlayıb, uzaqdan idarə ilə TIR-ların yük yerində tavanlar açılıb, içəridən FPV tipli dronlar havaya qalxıb. Bu dronlar Ukraynada istehsaldır, qiyməti cəmi 150 dollardır. Vurulan təyyarələr arasında ən ucuzu A-50 radar təyyarəsidir, dəyəri 330 milyon dollardır.

Beş əməliyyatdan biri uğursuz olub, Sırışevo rayonunda TIR-ın damı açılmayıb, dronlar içəridə partlayıb, yük maşını yanıb.

İkinci biabırçılıq odur ki, bu miqyasda əməliyyata baxmayaraq, heç kim həbs edilməyib. Əməliyyatı icra edən sürücülər və casuslar ölkədən çıxmağı bacarıb.

Bir saat ərzində Rusiyanın bomba daşıyan təyyarə ehtiyatının 34 faizi sıradan çıxarılıb. Məhv edilmiş və ya ağır zədələnmiş 42 hərbi təyyarə qeydə alınıb.

Əməliyyat bir neçə gün geciksəydi, Ukrayna kütləvi hücuma məruz qalacaqdı. Çünki 3 aydır Rusiya İran, Çin, Koreya və Keniya kimi ölkələrdən topladığı muzdluları cəbhəyə daşıyırdı. Hava dəstəyi ilə genişmiqyaslı hücuma keçmək, işğal planını böyütmək və İstanbul danışıqlarına üstün mövqedə girmək istəyirdilər. Amma əksi oldu. İndi Ukraynanın əli gücləndi.

Rusiyada ciddi həbslər gözlənilir. Beş TIR-ın ölkənin dərinliklərinə qədər irəliləməsi, əli ilə qoymuş kimi təyyarələrin toplandığı əsas hava limanlarına yaxınlaşması, casusların ölkə üzrə təhlükə siqnalı verilmiş bir vaxtda Rusiyanın dərinliklərindən çıxması sadəcə qeyri-adi deyil, inanılmaz bir əməliyyatdır.

TIR tıxaca düşməsə 4 min kilometrlik yolu 51 saata qət edə bilir. Hansı ölkədən girdikləri də müəmmadır. Əminəm ki, əməliyyat xarici kəşfiyyatın dəstəyi və Rusiyanın yüksək çinli məmurlarının satqınçılığı ilə keçirilib.

Foto: Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri general Vasili Malyukun əməliyyat xəritələrini və təyyarələrin zəif nöqtələrini incələdiyi an çəkilib.

Orxan Atabəy


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki