Vətəninfo.az xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Rusiya Ukraynanın Krım üzərində nəzarəti bərpa etməsinə imkan verməyəcək.
“Rusiya heç vaxt Krımı qaytarmayacaq. Onların indi olduqları yeri tərk etmələri üçün nə baş verəcəyini təsəvvür edə bilmirəm. Ona görə də bu məsələ artıq həll olunub”, – Belarus lideri bildirib.
O əlavə edib ki, Qərb liderləri də bu suala oxşar cavablar verməyə başlayıblar.