Vətəninfo.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı Ukrayna və Rusiya arasında müharibəyə son qoymaq üçün danışıqlarda irəliləyişin əldə olunduğunu açıqlayıb.
“Düşünürəm ki, bizim Rusiya və Ukrayna ilə yaxşı münasibətimiz var, biz bu müharibəni dayandırmalıyıq”, – Tramp bildirib.
O, həmçinin əlavə edib ki, Rusiya tərəfinin orta itkisi həftədə 2712 əsgərdir.
Ukrayna və Rusiya tam atəşkəsə yaxınlaşıb. Belə bir addımın baş tutması üçün hər iki ölkə üçün şərtlərin razılaşdırılması lazımdır. Bu barədə ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Fox Business telekanalında bildirib.