Vətəninfo.az xəbər verir ki, Suriya ordusunun cilovlaya bilmədiyi üsyançıların sürətli irəliləyişindən sonra Rusiya Suriyanın Tartus şəhərindəki hərbi dəniz bazasından gəmilərini geri çəkməyə başlayıb.
Aralıq dənizində Rusiya qüvvələrinə dəstək üçün vacib olan “Yelnya” döyüş gəmisi Tartusdan çıxıb.
Ümumilikdə Rusiyanın Suriyadakı hərbi dəniz qrupuna beş gəmi və bir sualtı qayıq daxildir.
Suriyanın Aralıq dənizi sahilindəki Tartusda yerləşən Rusiya hərbi dəniz bazası Rusiya üçün strateji obyektdir. SSRİ Hərbi Dəniz Qüvvələri 1971-ci ildən bu yerdə yerləşirdi, lakin dağılandan sonra gəmilər geri çəkildi.