Vətəninfo.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Vladimir vilayətində hərbi hissədə baş verən yanğının sursat partlamasına səbəb olduğunu açıqlayıb.
Bundan əvvəl vilayətin qubernatoru Aleksandr Avdeyev Kirjaç rayonunda güclü partlayış barədə məlumat vermişdi.
Rusiya hərbi idarəsinin məlumatına görə, sursat anbarında partlayış partlayıcı maddələrlə iş zamanı təhlükəsizlik tələblərinin pozulması səbəbindən baş verib.
Nazirlikdən verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Fövqəladə vəziyyətin səbəblərini araşdırmaq üçün idarədə komissiya yaradılıb.