image-reklam-veteninfo
image-1backend

Rusiya hücumları nəticəsində ölənlərin sayı 26-ya çatdı

image-reklam-veteninfo

Ukraynanın Ternopil şəhərinə Rusiya ordusu tərəfindən endirilən hücumlar nəticəsində ölənlərin sayı 26-ya yüksəlib, 93 nəfər isə yaralanıb. Vətəninfo.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Milli Polisi öz rəsmi Telegram kanalında yayıb.

Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, yaralılar arasında 18 uşaq da var. Bildirilir ki, polis və fövqəladə xidmətlər hücumun baş verdiyi ərazilərdə fasiləsiz olaraq çalışırlar. Daxili İşlər naziri İqor Klimenko hadisənin nəticələrinin aradan qaldırılması və zərərçəkənlərə yardım göstərilməsi üçün polis və digər xidmətlərə konkret tapşırıqlar verib.

Rusiya hərbçilərinin hücumu nəticəsində dağıntıların qeydə alındığı ərazilərdə xilasetmə və axtarış əməliyyatları davam etdirilir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki