image-reklam-veteninfo
image-image_750x_6507d1543334dbackend

Rusiya ilə dil tapmaq lazımdır – Sauli Niiniste

image-reklam-veteninfo

Qərb Ukraynadakı vəziyyət fonunda Moskva ilə münasibətləri saxlamağın yollarını tapmalıdır. Vətəninfo.az xəbər verir ki, bu barədə Finlandiya lideri Sauli Niiniste bildirib.

“Münaqişə bitəndə Rusiya qalacaq. Mən bir növ güclü dostluğu nəzərdə tutmuram, bir-birinə dözmək və hətta bir az başa düşmək bacarığını nəzərdə tuturam” dedi. Finlandiya prezidentinin fikrincə, qarşılıqlı etimad yaratmaq lazımdır.

Yeri gəlmişkən, ötən gün Avropa Komissiyasının Rusiyaya qarşı sanksiya tələbini yerinə yetirən Finlandiya bəzi istisnalarla (Aİ vətəndaşları, diplomatik nümayəndələr, humanitar hərəkat və s.) Rusiya dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişinə qadağa qoyub.
Bundan əvvəl analoji qərarlar Estoniya, Latviya və Litva tərəfindən də verilib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki