Rusiya prezidenti Vladimir Putin deyib ki, Rusiya kütləvi qırğın silahlarının, o cümlədən İranda yayılmasının əleyhinədir.
TASS xəbər verir ki, o, əlavə edib ki, Rusiya dinc nüvə enerjisinin inkişafında İrana dəstək verməyə hazırdır.
Onun sözlərinə görə, İranın nüvə texnologiyasından dinc məqsədlər üçün istifadə etmək hüququ var. Rusiya prezidenti qeyd edib ki, MAQATE-də İranın nüvə silahı yaratmağa cəhd etməsi barədə məlumat yoxdur.