image-reklam-veteninfo
image-1backend

Rusiya: “ İranın nüvə obyektlərinə hücumun bütün bölgə üçün fəlakətli nəticələri olacaq”

image-reklam-veteninfo

Vətəninfo.az “Entekhab” saytına istinadən  xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Vaşinqtonla nüvə proqramı ilə bağlı razılığa gəlmədiyi təqdirdə Tehranı bombalayacağı ilə hədələməsindən sonra Rusiya İranın nüvə obyektlərinə hücumların “fəlakətli nəticələrə” səbəb olacağı barədə xəbərdarlıq edib.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov xəbərdarlıq edib ki, İranın nüvə infrastrukturuna hər hansı hücum bütün region üçün fəlakətli nəticələrə yol aça bilər.

ABŞ-nin təhdidlərini pisləyən Ryabkov qeyd edib ki, Trampın son açıqlamaları yalnız İranla vəziyyəti çətinləşdirəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki