image-1backend

Rusiya İsraildən narazıdır

image-reklam_sirab_01

İsrail Qəzza zolağında münaqişənin sülh yolu ilə həlli ilə bağlı istənilən təklifə, o cümlədən ABŞ prezidenti Co Baydenin planına məhəl qoymur.

Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya iyulun 22-də Təl-Əvivə hücumlarla bağlı Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib.

“İsrail Vaşinqtonun açıq-aşkar icazəsi ilə Təhlükəsizlik Şurasında qəbul edilmiş bütün qətnamələrə və istənilən sülhsevər yanaşmaya, o cümlədən yalnız kağız üzərində mövcud olan bədnam Bayden planına məhəl qoymur” dedi.

O, həmçinin cümə günü Qəzzada humanitar vəziyyətə həsr olunmuş BMT Təhlükəsizlik Şurasının iclasını çağırmaq niyyətində olduğunu açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki