image-1backend

Rusiya kəşfiyyatı:”Ukrayna yüksək rütbəli generalları hədəf alıb”

image-reklam_sirab_01

Ukrayna tərəfi Rusiya Müdafiə Nazirliyinin əməkdaşlarına və onların ailə üzvlərinə qarşı silsilə terror aktları törətməyə hazırlaşırdı. Vətəninfo.az  Rusiya KİV-inə istinadən  xəbər verir ki, bu faktla bağlı Kiyev tərəfindən işə götürülən 4 rusiyalı həbs edilib.

“Ukrayna xüsusi xidmət orqanlarının xüsusi hərbi əməliyyatda iştirak edən Müdafiə Nazirliyinin yüksək rütbəli hərbçiləri və onların ailə üzvlərinə qarşı hazırladığı bir sıra sui-qəsd cəhdlərinin qarşısı alınıb”, – RİA Novosti xəbər verir.

FSS-in məlumatına görə, onlar müdafiə idarəsinin rəhbərlərindən birini bomba yüklü avtomobillə partlatmağı planlaşdırıblar. Terror aktını törətmək üçün Kiyevin cəlb etdiyi rus Moldova və Gürcüstan vasitəsilə Moskvaya gəlib və guya deportasiya olunub. Hazırda o, həbsdədir.

Ukrayna xüsusi xidmət orqanları Müdafiə Nazirliyinin daha bir əsgərini sənədlərin olduğu qovluq kimi maskalamaq istədikləri bomba ilə yenidən partlatmağı planlaşdırırdılar. Eyni zamanda bombanı terror yerinə çatdırmalı olan iki rusiyalı həbs edilib. Müdafiə Nazirliyinin hərbçiləri və onların ailə üzvlərinin yaşayış və iş yerlərində Ukrayna xüsusi xidmət orqanları üçün kəşfiyyat aparan moskvalı da saxlanılıb. Həbs olunan dörd nəfərin hamısını ömürlük həbs gözləyir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image