Rusiyanın Kiprdəki səfirliyi özünü Kipr Türk Cümhuriyyəti elan edən paytaxtı Lefkoşada öz vətəndaşlarına konsulluq xidməti göstərməyə başlayıb. Vətəninfo.az xəbər verir ki, bu barədə “Sabah” yazıb.
Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar da mövzu ilə bağlı açıqlama verib və qeyd edib ki, Rusiyanın belə bir addım atması Türkiyə Cümhuriyyətinin həyata keçirdiyi siyasətin nəticəsidir.
Tatar Rusiyanın belə bir addımını tanınmağa doğru addım kimi qiymətləndirib.