image-333backend

Rusiya Kiyevi “İsgəndər” operativ-taktiki raketləri ilə vurdu

image-reklam_sirab_01

Bu gecə Rusiya Kiyevi “İsgəndər” operativ-taktiki raketləri ilə güclü zərbə endirib. Vətəninfo.az xəbər verir ki,  Kiyev Şəhər Hərbi Administrasiyasının mətbuat xidməti xəbər verir ki, paytaxtın gecə saatlarında atəşə tutulmasından sonra Kiyev və Ukraynanın bir sıra regionlarında yenidən hava həyəcanı elan edilib.
Qeyd olunur ki, iyunun 1-i səhər saat 07:00-dan sonra Ukraynanın bir sıra regionlarında kütləvi şəkildə hava hücumu təhlükəsi barədə siqnallar səslənib.

Hazırda Kiyevdə və eyniadlı bölgədə, həmçinin Poltava, Zaporojya, Donetsk, Xarkov, Sumi və Dnepropetrovsk vilayətlərində hava həyəcanı elan edilib.

Monitorinq mərkəzləri ballistik raketlərin Kiyevə yönəldiyini iddia edərək təhlükədən yazırlar.

Eyni zamanda, Kiyev Şəhər Hərbi İdarəsi Kiyevdə raket hücumunun nəticələri barədə yenilənmiş məlumat dərc edib. Buna görə, hücum nəticəsində biri 2012-ci il təvəllüdlü uşaq olmaqla 3 nəfər həlak olub. Daha əvvəl iki uşağın öldüyü bildirilirdi. Bundan əlavə, Kiyevin iki rayonunda biri uşaq olmaqla 12 nəfər yaralanıb, paytaxtın hərbi administrasiyası məlumat yayıb.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, Kiyev vilayətində hava hücumundan müdafiə qüvvələri rusların atdığı 10 “İskəndər” raketindən 10-nu məhv edib.

“Düşmən gecə saatlarında paytaxtın və Kiyev vilayətinin mülki və həyati infrastrukturları istiqamətində yenidən “İsgəndər” operativ-taktiki raket kompleksinin raketlərindən istifadə edib”, – Müdafiə Nazirliyinin məlumatında deyilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki