image-reklam-veteninfo
image-timthumbbackend

Rusiya Kiyevi pilotsuz təyyarələrlə VURDU

image-reklam-veteninfo

Ukrayna mətbuatının məlumatına görə, gecə saatlarında Kiyevdə partlayışlar baş verib.

Bundan əvvəl Ukrayna Hərbi Hava Qüvvələri Kiyev istiqamətində Rusiyaya məxsus hücum pilotsuz təyyarələrinin hərəkəti barədə xəbərdarlıq etmişdi. Eyni zamanda Ukrayna paytaxtında hava zərbəsi xəbərdarlığı elan edilib.

Məlumata görə, pilotsuz təyyarələr 300 km/saatdan çox sürətlə uçurdu. Daha sonra hava hücumundan müdafiə qüvvələrinin dörd pilotsuz uçan aparatı vurduğu bildirilib.

Kiyev meri Vitali Kliçko bildirib ki, ilkin məlumata görə, pilotsuz təyyarə Solomyansk rayonunda qəzaya uğrayıb və partlayıb. Bir neçə Telegram kanalı da ölən və yaralananların olduğunu bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki