image-1backend

Rusiya Köçəryandan sonra Serjikə  də tərpən komandası verdi

image-reklam_sirab_01

Vətəninfo.az   xəbər verir ki , Ermənistanın keçmiş prezidenti, hərbi cani Serj Sarkisyan hazırkı hakimiyyətin təbliğ etdiyi tarixi, kökü və vətəni unutmaq ideologiyasını rədd etməyə və revanşist bəyanatlarla yenidən qələbə qazanmağa çağırıb.

Sarkisyan bu mesajı qondarma Artsaxın Dirçəlişi Günü və Qarabağ hərəkatının 37-ci ildönümü münasibətilə ünvanlayıb. Üç hissədən ibarət mesajda deyilir:

– Yaddaş bizim gücümüzdür;
– Yaddaş irəliləyərkən bizə bələdçidir;
– Yaddaş bizim hərəkət iradəmizdir.

“Yaddaşını gec-tez itirən xalq öz gələcəyini də itirir”, – deyə sabiq prezident yekunlaşdırıb.

Qeyd edək ki, Rusiya AZAL təyyarəsini vurduqdan sonra bir sıra antiazərbaycan layihələrini fəallaşdırıb.

Belə ki, Moskvada qondarma “Dağlıq Qarabağın rus icması”nın “Artsaxa qayıdış” mövzusunda toplantı keçiriblər.

Növbəti gün hərbi cani Robert Köçəryan geniş mətbuat konfransında Qarabağa qayıdışın mümkünlüyünü vurğulayıb və ATƏT-in Minsk qrupunun buraxılmasının qəti əlehinə çıxıb. Bu gün isə Serj Sarkisyan revanşist bəyanatlarla gündəmə gəlib.

İndi Rusiyanın daha bir aləti olan keşiş Qalstanyanın səhnəyə çıxışını gözləmək lazımdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image