image-444backend

Rusiya Krım Tatar Milli Məclisinin binasını müsadirə edir

image-reklam_sirab_01

Rusiya qanunsuz ilhaq etdiyi Krımın Akməscid şəhərindəki Krım Tatar Milli Məclisinin (KTMM) binasını müsadirə edir.
Vətəninfo.az xəbər verir ki, Rusiya Akməscid şəhərindəki Krım Tatar Milli Məclisinin binasını müsadirə edəcəyini açıqlayıb
Rusiya qanunsuz ilhaq etdiyi Krımın Akməscid şəhərindəki Krım Tatar Milli Məclisinin (KTMM) binasını müsadirə edir.

Krımın qondarma administratoru Sergey Aksenov sosial media hesabından verdiyi açıqlamada yarımadada “Rusiyaya düşmən olanların” mülklərinin müsadirə edilməsinin davam etdiyini bildirib.

Sergey Aksenov “Simferopolda (Akməscid) bir sıra obyektlər, o cümlədən Rusiyada qadağan olunmuş ekstremist Parlamentə məxsus bina da Krım Respublikasının mülkiyyətinə təhvil verilir” ifadəsini işlədib.

Bundan əlavə, Aksenov bəyan edib ki, Ukrayna prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya məxsus iqamətgah da müsadirəyə daxil edilib.

2014-cü ildə Krımın Ukraynadan ilhaqından sonra Krım Tatar Türk xalqının lideri Mustafa Abdülcəmil Kırmızıoğlu başda olmaqla bir çox KTMM üzvünə Rusiya tərəfindən Krıma giriş qadağan edilib.

Daha sonra Krım tatarlarının iradəsini təmsil edən Krım Tatar Milli Məclisi Rusiya məhkəməsi tərəfindən “ekstremist təşkilat” kimi tanınıb və fəaliyyətinə xitam verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki