image-1119574backend

Rusiya maşınları bu ölkəyə buraxılmayacaq

image-reklam_sirab_01

Finlandiya Rusiya avtomobillərinin ölkəyə girişini qadağan etməyi planlaşdırır.Vətəninfo.az-ın məlumatına görə , bu barədə Finlandiyanın YLE ictimai teleradio yayım şirkəti öz mənbələrinə istinadən məlumat yayıb.

“Finlandiya Rusiya minik avtomobillərinin ölkəyə idxalını qadağan edəcək… Finlandiya Aİ-nin ümumi, daha sərt xəttini izləmək istəyir. “Xarici işlər naziri Elina Valtonenin qərarı bu gün açıqlayacağı gözlənilir”, – məlumatda deyilir.

Estoniya, Latviya və Litva bu həftə oxşar qərar qəbul ediblər.

Sentyabrın 8-də Avropa Komissiyası açıqlama yayaraq, Aİ Şurasının 2022-ci ildə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların Rusiya vətəndaşlarının Rusiya qeydiyyat nömrələrinə malik şəxsi avtomobillərinə də şamil edildiyini bildirib. Buna görə də Rusiya vətəndaşları hətta turizm məqsədi ilə və qısa müddətə şəxsi avtomobilləri ilə Avropa İttifaqı ərazisinə daxil ola bilməzlər.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki