Azərbaycan Futbol Federasiyası və Rusiya Futbol Federasiyası Azərbaycan və Rusiya komandaları arasında yoldaşlıq oyununun keçirilməsi ilə bağlı danışıqları dayandırıb. Vətəninfo.az Sport24.ru istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya KİV-i yayıb.
Buna səbəb AZAL təyyarəsinin vurulmasından sonra Azərbaycanla Rusiya arasında yaranmış gərgin münasibətlərdir.
Ehtimal olunurdu ki, görüş bu ilin yazında keçiriləcək.
Ukraynada müharibə başlayandan və Rusiya milli komandasının diskvalifikasiyasından sonra Rusiya Futbol İttifaqı bir çox federasiyalarla yoldaşlıq oyunları keçirmək imkanını müzakirə edir, lakin onların əksəriyyəti sonda FİFA və UEFA-nın sərt sanksiyalarına məruz qalacaqlarından Rusiya milli komandası ilə oynamaqdan imtina edib.