image-image_750x_6497275208493backend

Rusiya mediasından şok iddia: Bu Putinin planı ilə həyata keçib

image-reklam_sirab_01

Rusiya müxalifət mediası öz mənbələrinə istinadən Rusiyada “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin təşkil etdiyi qiyamla bağlı iki iddia irəli sürüb. Vətəninfo.az Rusiya mediasına istinadən xəbər verir ki, birinci versiyaya görə, “Vaqner” və Priqojinin özünü zərərsizləşdirməklə hədələyiblər və o, Putinlə görüşə bilməyib, çünki Rusiya prezidentinin ətrafı müdafiə naziri Sergey Şoyqunu dəstəkləyib və görüşün keçirilməsinə mane olub, ona görə də Pirojin geri çəkilib.

Mənbənin sözlərinə görə, Priqojin Putinə çox sadiqdir .

Medianın ikinci iddiası odur ki, Vaqnerin qiyam qaldırılması planını Putin özü hazırlayıb.

Bu plana görə bir çox iri ranqlı məmurlar istefaya göndəriləcək.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki