image-1backend

Rusiya MN: ”Qərb ölkələrinə məxsus döyüş təyyarələrinin yerləşdiriləcəyi obyektlər hədəf alındı”

image-reklam_sirab_01

Rusiya Müdafiə Nazirliyi Ukraynada Qərb ölkələrinə məxsus döyüş təyyarələrinin yerləşdiriləcəyi hava limanının və obyektlərin raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə vurulduğunu bildirib.
Vətəninfo.az xəbər verir ki, nazirlikdən verilən açıqlamada Rusiya hərbi qüvvələrinin Ukraynadakı fəaliyyəti ilə bağlı məlumatlara yer verilib.
Açıqlamada bu gün səhər saatlarında Ukraynaya qarşı hücumun həyata keçirildiyi bildirilib.
”Hücumda dənizdən atılan yüksək dəqiqlikli və uzaq mənzilli raketlərlə yanaşı, “Kinjal” aeroballistik hipersəs raketləri və PUA-lardan istifadə edilib”,-deyə açıqlamada vurğulanıb.
Hücum zamanı hədəf alınan bütün obyektlərin vurulduğu qeyd olunub.
Açıqlamada həmçinin bu ifadələrə yer verilib: “Hücum zamanı Qərb ölkələrinə məxsus döyüş təyyarələrinin yerləşdiriləcəyi hava limanı və obyektlər hədəf alınıb”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki