image-image_750x_646b27fe8f43fbackend

Rusiya Moldova üçün strateji tərəfdaş deyil – Moldova prezidenti

image-reklam_sirab_01

“Rusiya Moldova üçün strateji tərəfdaş deyil.” –Vətəninfo.az xəbər verir ki, bunu  Moldova prezidenti Maya Sandu bunu Nonfiction.eu saytına müsahibəsində deyib.

Moldova prezidenti həmçinin qeyd edib ki, Kişinyovla Moskva arasında heç vaxt strateji tərəfdaşlıq olmayıb.
“Əgər sizə hörmət edilmirsə, deməli bu, şübhəsiz ki, strateji tərəfdaşlıq deyil. Əgər Rusiya xalqımızın iradəsinə zidd olaraq 30 ildir bizim ərazimizdə qoşun saxlayırsa, o zaman bunu strateji tərəfdaşlıq adlandırmaq olmaz”, – Moldova rəhbəri bildirib.

Bundan əvvəl Sandu ölkəsinin bundan sonra MDB sammitlərinə və digər tədbirlərə ev sahibliyi etməyəcəyini bəyan edərək, dövlətin qurumdan çıxmasına eyham vurmuşdu. Bundan əlavə, o, mütəmadi olaraq bəyan edib ki, Putin onu vəzifəsindən uzaqlaşdırmaq və dövlətin rəhbərliyini Moldovanın rusiyayönlü qüvvələrinə təhvil vermək niyyətindədir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki