Vətəninfo.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi məlumat yayıb ki, Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri gecə ərzində ölkənin 8 regionu və Qara və Azov dənizləri üzərində səmada 51 Ukrayna pilotsuz uçan aparatı vurub.
Məlumatda bildirilir ki, bu pilotsuz aparatların bölgüsü belədir:
Saratov vilayəti – 12
Volqoqrad vilayəti – 11
Rostov vilayəti – 8
Krım – 6
Bryansk və Voronej vilayəti – 4
Belqorod – 3
Kursk vilayəti, Qara dəniz və Azov dənizi – hər biri üzərində 1
Nazirlik qeyd edib ki, bütün pilotsuz uçan aparatların zərərsizləşdirildiyi və məhv edildiyi təsdiqlənib.