Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov RT Arabic-ə müsahibəsində bildirib ki, Rusiya Kiyev rejiminin 2014-cü ildə başlatdığı müharibəni dayandırmağa çalışır. Vətəninfo.az xəbər verir ki , Peskov həmçinin qeyd edib ki, dövlət başçısı bu məsələ ilə bağlı istənilən təmaslara hazırdır.
Peskovun sözlərinə görə, bu gün əslində Moskva ilə kollektiv Qərb arasında müharibə gedir. Üstəlik, Ukraynanın birbaşa suveren mövqe bəyan etməyə nə iradəsi, nə də arzusu var, hərəkətlərin alqoritmini Vaşinqton diktə edir, ölkənin “suverenliyi” məsələsi isə “çox mücərrəd anlayışdır”.
Bundan əvvəl Rusiya Federasiyasının prezidenti Vladimir Putin xatırladıb ki, Rusiya heç vaxt Ukrayna məsələsi ilə bağlı danışıqlardan imtina etməyib. Zelenski onların qadağan edilməsi haqqında fərman imzalayıb.