image-1backend

Rusiya  nüvə sınaqlarının bərpası məsələsi ilə üzləşib- Ryabkov

image-reklam_sirab_01

ABŞ-ın eskalasiya kursu fonunda nüvə sınaqlarının bərpası məsələsi Rusiyanın qarşısındadır, vəziyyət mürəkkəb olaraq qalır və daim nəzərdən keçirilir.

Vətəninfo.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Xarici işlər nazirinin müavininə Moskvanın ABŞ-ın eskalasiya kursuna cavab olaraq nüvə sınaqlarının bərpasına icazə verib-verməyəcəyi soruşulub.

“Heç nəyi proqnozlaşdırmadan, sadəcə deyim ki, vəziyyət kifayət qədər mürəkkəbdir. Bu məsələ daim bütün komponentləri və məqamları ilə nəzərdən keçirilir”, – Ryabkov bildirib.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin Silahların Yayılmaması və Silahlara Nəzarət Departamentinin direktoru Vladimir Ermakov Vaşinqtonun irimiqyaslı nüvə sınaqlarını bərpa etməsinin mümkünlüyünə dair bir sıra dolayı əlamətlərə diqqət çəkib.

Rusiya rəhbərliyi xəbərdarlıq edib ki, ABŞ-da bu cür hadisələr baş verərsə, Moskva güzgü versiyası ilə cavab verməli olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki