image-1119387backend

 Rusiya  Odessa limanlarına PUA zərbəsi endirdi:Ukrayna  32 Rusiya PUA-nı məhv etdi

image-reklam_sirab_01

Ukraynanın cənubundakı müdafiə qüvvələri gecə ərzində Odessa vilayətində Dunay çayı limanlarına hücum edən 32 pilotsuz uçan aparatı vurduqlarını, lakin bəzilərinin hava hücumundan müdafiə sistemini keçə bildiyini bildirib. Vətəninfo.az  xəbər verir ki , bu barədə BBC Rus Xidməti məlumat yayıb.

“Gecə 4,5 saat ərzində düşmən Odessa vilayətinə hücum pilotsuz təyyarələri ilə hücum edib. Şahed-131/1136 tipli 32 PUA hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub”, – məlumatda deyilir.

Eyni zamanda, Ukraynanın cənubundakı Müdafiə Qüvvələri, eləcə də Odessa vilayəti administrasiyasının rəhbəri Oleq Kiper bir neçə PUA-nın hədəfə çatdığını bildirib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki