image-image_750x_67b57691461f2backend

Rusiya Odessanı VURDU

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Rusiyanın Odessaya hücumu nəticəsində 500-dən çox ev işıqsız və istiliksiz qalıb, mer Gennadi Truxanov bildirib.

“Düşmənin hücumu nəticəsində 14 məktəb, 13 uşaq bağçası və böyük yaşayış massivi – 500-dən çox ev işıqsız və istiliksiz qalıb… Uşaq poliklinikasına və uşaq bağçasına xeyli ziyan dəyib”, – o, Teleqram kanalında yazıb.

Onun sözlərinə görə, hakimiyyət orqanları çadırlar qurur, kommunal xidmətlər isə hücumun nəticələrini aradan qaldırır.

Artıq bir yaralının xəstəxanada olduğu məlum olub.

“Bu gün, fevralın 19-da istilik və elektrik enerjisi olmayan təhsil müəssisələrində vəziyyət düzələnə qədər uşaqları qəbul etməyəcək”. “İstilik və enerji nöqtələri olacaq ki, orada isinmək, qadcetlərinizi doldurmaq və isti çay içmək olar. Səbirli olun”, – mer əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image