Rusiya ordusu Kiyevi ardıcıl yeddinci gündür ki, zərbələrə tutmağa davam edir.
Vətəninfo.az xəbər verir ki, Ukrayna mətbuatının məlumatına görə, Kiyevdə bu gecə yenidən partlayış səsləri eşidilib. Müxbirlərin verdiyi xəbərlərə əsasən, şəhərdə partlayışlar davam edir və ərazidə həyəcan siqnalları verilir.
Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsinə görə, ölkə boyu bir çox bölgələrdə həyəcan siqnalları çalınır, vəziyyət gərgindir.
Rusiya qoşunları, Ukrayna silahlı qüvvələrinin mülki obyektləri hədəf almasına cavab olaraq, öz növbəsində Ukraynanın enerji infrastrukturuna, müdafiə sənayesi obyektlərinə, hərbi komandanlıq və idarəetmə mərkəzlərinə, rabitə vasitələrinə və muzdluların yerləşdiyi yerlərə müntəzəm zərbələr endirir. Bu zərbələr nəticəsində Ukrayna infrastrukturuna ciddi ziyan dəyib.


























