Rusiya Müdafiə Nazirliyi ordusunun Donetsk vilayətindəki Mixaylovka qəsəbəsini nəzarətə götürdüyünü bildirib.
Vətəninfo.az xəbər verir ki, nazirlikdən verilən açıqlamada Rusiya ordusunun Ukraynada cəbhədəki mövqelərini yaxşılaşdırdığı yazılıb: “Mərkəzi Hərbi Qrupun qoşunları qətiyyətli irəliləyişi nəticəsində Donetsk Xalq Respublikasının Mixaylovka qəsəbəsini azad edib.
Hərbi əməliyyat başlayandan indiyədək Ukrayna ordusuna məxsus 646 təyyarə, 283 helikopter, 33 min 580 pilotsuz uçuş aparatı (PUA), 582 hava hücumundan müdafiə raket sistemi, 18 min 619 tank və zirehli texnika, 1472 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 16 min 106 hauta və minaatan, 27 min 230 xüsusi təyinatlı hərbi maşın məhv edilib.
Ukrayna ordusu 2023-cü ilin 6 avqustundan bu yana Kursk istiqamətində 22 min 600 əsgər, 157 tank, 72 piyada döyüş maşını, 98 zirehli transportyor və 909 zirehli texnika itirib”.