image-1backend

Rusiya ordusu Hindistan vətəndaşlarını buraxacaq

image-reklam_sirab_01

Hindistan Ukraynadakı döyüş bölgəsində Rusiya ordusuna qoşulan vətəndaşlarının vaxtından əvvəl tərxis olunması üçün Rusiyadan öhdəlik aldığını bildirib.

Hindistan Xarici İşlər Nazirliyindən verilən açıqlamada baş nazir Narendra Modinin Rusiyaya səfəri zamanı Ukraynadakı müharibədə iştirak edən Hindistan vətəndaşları məsələsini gündəmə gətirib.

Rusiya ordusunda xidmət edən bütün Hindistan vətəndaşlarını vaxtından əvvəl tərxis etməyi öhdəsinə götürüb. Həmçinin döyüş bölgəsində 35-50 Hindistan vətəndaşının olduğu bilgisi verilib.

Qeyd olunur ki, Rusiya-Ukrayna müharibəsi zamanı Rusiya ordusuna qatılan 4 Hindistan vətəndaşı ölüb.

Hindistan Mərkəzi Təhqiqat Bürosu 2024-cü il martın 7-də ən azı 35 Hindistan vətəndaşının agentlər vasitəsilə Rusiyaya aparıldığını, onlara döyüş rolları üzrə təlim keçdikləri və istəmədən Rusiya-Ukrayna müharibəsinə göndərildikləri bildirilib.

Hindistan Xarici İşlər Nazirliyi də “Hindistan vətəndaşlarının Rusiya ordusunda işlə təmin olunacağı” vədi ilə aldadilaraq Rusiyaya aparıldığını bəyan edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki