Rusiya qoşunları qanadlı raketlər və kamikadze dronlardan istifadə etməklə Ukrayna şəhərlərinə ardıcıl üçüncü dəfə kütləvi birləşmiş zərbə endirib. Vətəninfo.az xəbər verir ki, Odessa, Nikolayev və Sumıda partlayış səsləri eşidilib.
Hücum nəticəsində dağıntılar qeydə alınıb, ölən və yaralananlar, o cümlədən uşaqlar var, Ukrayna mətbuatı xəbər verir.
Hava hücumu təhlükəsi ilə bağlı siqnallar gecə yarısından az sonra cənub və mərkəzi rayonlarda kütləvi şəkildə səslənməyə başlayıb.
Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələrinin komandanlığı müxtəlif istiqamətlərdən kamikadze pilotsuz təyyarələrin buraxılması, həmçinin Qara dənizdən “Kalibr”, “X-22” və “Oniks” qanadlı raketlərinin buraxılması ilə bağlı xəbərdarlıq edib.
Rusiya KİV-i yazır ki, kütləvi raket hücumları Krım körpüsündə baş verən partlayış və Rusiya Federasiyasının “taxıl müqaviləsi”ndən çıxması ilə bağlıdır.


























