Rusiya ordusu Kursk vilayətinin 10 yaşayış məntəqəsini nəzarətinə keçirdi.
Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Bəyanatda Kursk bölgəsində Rusiya və Ukrayna əsgərləri arasında qarşıdurmaların davam etdiyi və Şimal Hərbi Qrupu əsgərlərinin hücumları nəticəsində 10 yaşayış məntəqəsinin azad edildiyi vurğulanıb.
Ukrayna əsgərlərinin yerləşdiyi yerlərə havadan və qurudan hücumlar edildiyi və Ukraynanın son 24 saatda cidid hərbi itkilər verdiyi bildirilib.
Bəyanatda həmçinin qeyd olunub ki, Ukrayna ordusu avqustun 6-dan etibarən Kursk istiqamətində təxminən 12500 əsgər, 101 tank, 42 döyüş maşını və 699 zirehli texnika itirib.
Ukrayna prezidenti Volodimir Zelenski paytaxt Kiyevdə Litva prezidenti Qitanas Nauseda ilə keçirdiyi mətbuat konfransında Rusiya ordusunun Kursk vilayətində Ukraynanın nəzarətində olan Kurşçina qəsəbəsinə hücumlar təşkil etdiyini bildirib.