image-1backend

Rusiya ordusu şokda: Gerasimov öldürülüb?

image-reklam_sirab_01

Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun dünən Krıma edilən hücum nəticəsində öldürülə biləcəyi ilə bağlı internetdə getdikcə daha çox məlumat peyda olur.

Vətəninfo.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatında məlumatlar yayılıb.

“General Valeri Gerasimovun dünən Ukraynanın Krıma raket hücumu nəticəsində öldürüldüyü barədə məlumatlar var. Gerasimov Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavinidir.

Onun ölümü ilə bağlı məlumat hazırda təsdiqlənmir”, – Ukrayna mətbuatından biri yazır.

Ukraynanın “Cənub” könüllü ordusunun sözçüsü Sergey Bratçuk bunun doğru olmadığını düşünməyə meyllidir. “Orada kimin hədəfə alına biləcəyi ilə bağlı bir çox versiyalar var, hətta Gerasimovun soyadını da eşitmişəm. Bu, yaxşı xəbər olardı, amma məncə, doğru olma ehtimalı azdır, lakin Rusiya ordusunun həmin komanda məntəqəsində bir neçə yüksək rütbəli zabit və ya generalın öldürülməsi faktı realdır”, – deyə o bildirib.

Ukrayna Təhlükəsizlik Xidməti Gerasimovun mümkün ölümü ilə bağlı məlumatı şərh edə bilməyəcəklərini bildirib. Eyni zamanda Rusiya mediası Krıma dünənki hücum nəticəsində 23 əsgərin həlak olduğunu iddia edir. Onlardan beşi yüksək rütbəli zabitlərdir. Ən azı 9-u xüsusi təyinatlılardır.publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki