image-1backend

Rusiya ordusu Ukrainsk qəsəbəsini nəzarətinə keçirdi

image-reklam_sirab_01

Rusiya ordusu Donetskin Ukrainsk qəsəbəsini nəzarətinə keçirdi.

Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib. Nazirliyin yaydığı bəyanatda Rusiya Silahlı Qüvvələrinin Ukraynada həyata keçirdiyi əməliyyatlarla bağlı məlumat verilib.

Bəyanatda Donbasda bəzi mühüm yaşayış məntəqələrin ələ keçirildiyi vurğulanıb.

“Mərkəzi hərbi birləşmələrin qətiyyətli əməliyyatları nəticəsində Donetsk Xalq Respublikasının Ukraynsk qəsəbəsi azad edilib”,-deyə bəyanatda vurğulanıb.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi dünən Donetsk vilayətindəki Ostroye və Qriqorovka qəsəbələrini ələ keçirdiklərini açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki