Rusiya Müdafiə Nazirliyi Ukraynada həyata keçirilən əməliyyatla bağlı bəyanat yayıb.
Vətəninfo.az xəbər verir ki, bəyanatda Rusiya ordusunun Ukraynada mövqelərini yaxşılaşdırdığı bildirilib.
“Cənub və Mərkəzi Hərbi Qrupun qoşunları Donetsk Xalq Respublikasının Serebryanka və Nikolayevka yaşayış məntəqələrini azad edib”,-deyə bəyanatda vurğulanıb.
Bəyanatda qeyd olunub ki, son 24 saat ərzində Ukraynanın hərbi hava limanı infrastrukturuna, yanacaq anbarlarına, pilotsuz dəniz vasitələrinin saxlandığı məntəqələrə, pilotsuz uçuş aparatlarının (PUA) istehsal edildiyi obyektlərə, Ukrayna əsgərləri və hərbi texnikanın yerləşdiyi bölgələrə hücumlar edildiyi, Qara dənizin şimal-qərbində Ukraynaya aid 4 pilotsuz dəniz vasitəsinin məhv edildiyi bildirildi.
Bəyanatda həmçinin bu ifadələrə yer verilib: ”Müharibənin əvvəlindən etibarən Ukraynaya məxsus 646 təyyarə, 283 helikopter, 34 173 PUA, 583 hava hücumundan müdafiə sistemi, 18 769 tank və zirehli texnika, 1478 reaktiv yayılım atəşi sistemi, 16 67 haubitsa və minaatanla yanaşı 27 497 xüsusi hərbi texnika məhv edilib”.