image-1backend

“Rusiya ordusunun ölkəmizə gəlməsi qəbuledilməzdir”- Liviya Milli Birlik hökumətinin Baş naziri  

image-reklam_sirab_01

Vətəninfo.az  xəbər verir ki, Liviya Milli Birlik hökumətinin Baş naziri Əbdülhəmid Dibeybə Suriyadan hər hansı bir Rusiya qüvvəsinin ölkəsinə göndərilməsinin qəbuledilməz olduğunu bildirib. Baş nazir Türkiyə Radio Televiziya Qurumu (TRT) və Anadolu Agentliyinin (AA) də təcrübə paylaşımı üçün seminarlar təşkil etdiyi Trablus Media Günləri forumunda dialoq sessiyasında çıxış edib.

O, bəzi beynəlxalq media qurumlarında yayımlanan, BƏƏS rejiminin devrildiyi günlərdə Suriyadan Liviyanın şərqinə Rusiya qüvvələrinin göndərildiyinə dair xəbərlərlə bağlı verilən suala cavabında “Suriyadan hər hansı bir Rusiya qüvvəsinin ölkəmizə gəlməsi qəbuledilməzdir”, – deyə qeyd edib.

“Hər hansı bir Liviya vətəndaşının ölkəsinə yad bir gücün gəlib hökmranlıq etməsini qəbul etməyəcəyini” vurğulayan Dibeybə sözlərinə belə davam edib: “Əlbəttə, bizim bəzi dövlətlərlə təlim, tədris və silahlanma kimi mövzularda razılaşmalarımız var. Bunlardan kənarda hər hansı bir tərəf icazəsiz olaraq Liviyaya daxil olarsa, bunu qəbul edə bilmərik və onunla mübarizə apararıq. Liviyanın beynəlxalq bir müharibə meydanına çevrilməsinə razı olmağımız mümkün deyil.”

“Wall Street Journal” qəzetində dərc olunan xəbərdə “ABŞ və bəzi liviyalı rəsmilərin Rusiyanın Suriyada BƏƏS rejiminin devrildiyi (8 dekabr) vaxtında bu ölkədəki bazalarından inkişaf etmiş hərbi texnikalarını çıxarıb Liviyaya daşıdığını qeyd etdiyi” ifadə olunmuşdu.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image