Polşa hərbçiləri çərşənbə axşamı Rusiyanın Su-24MR qırıcı təyyarəsinin Polşanın hava məkanını pozduğunu bildiriblər. Vətəninfo.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı məlumat yayıb.
Polşa komandanlığının qeyd etdiyi kimi, insidentə səbəb Rusiya təyyarəsinin naviqasiya sistemindəki nasazlıq olub. O, “maksimum 6,5 km dərinlikdə Polşanın hava məkanını pozub və orada 1 dəqiqə 12 saniyə qalıb”.
“Təyyarənin uçuşu Polşa Silahlı Qüvvələrinin radar sistemləri tərəfindən izlənilib”. “Rusiya Silahlı Qüvvələrinin naviqatorunun müdaxiləsindən sonra uçuş marşrutu dərhal dəyişdirilib”, – məlumatda deyilir.
Polşanın növbətçi hava məkanına nəzarət xidmətləri Rusiya tərəfi ilə əlaqə saxlayıb, o, Polşanın hava məkanının pozulmasını təsdiqləyib və bunun Su-24MR təyyarəsinin naviqasiya sistemindəki nasazlıqlar səbəbindən baş verdiyini bildirib.