Qara dəniz donanmasına məxsus “Bastion” sahil raket kompleksləri Ukrayna ərazisindəki hərbi obyektlərə güclü zərbələr endirib. Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
“Qara Dəniz Donanmasının “Baston” sahil raket komplekslərinin ekipajları döyüş növbətçiliyini yerinə yetirərkən Ukrayna ərazisində müəyyən edilmiş hərbi hədəflərə zərbələr endirib”, – Rusiya Hərbi Departamenti xəbər verir.
İdarədən qeyd ediblər ki, əməliyyat bütün hədəflərin uğurla vurulması ilə başa çatıb.