image-image_750x_64f82a4478174backend

Rusiya qazından tamamilə imtina etmək mümkünsüzdür – Maroş Şefçoviç

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Avropa Komissiyasının sədr müavini Maroş Şefçoviç Almaniyanın “Handelsblatt” qəzetinə müsahibəsində bildirib ki, Rusiya qazından tamamilə imtina etmək, demək olar ki, mümkünsüz bir işdir. 2022-ci ildə Avropa İttifaqı Rusiya qazının idxalını 150 milyard kubmetrdən 80 milyarda endirdi. Bu il maye qaz idxalı da daxil olmaqla həmin rəqəm 40 milyard kubmetr olub.

Avropa Komissiyasının yüksək rütbəli nümayəndəsi onu da bildirib ki, Aİ-yə üzv dövlətlər müvafiq infrastrukturların yaradılması üçün vəsait yatırmağa və həmçinin tərəfdaşlıq əlaqələrini dərinləşdirməyə davam edərsə, yaxın aylarda Rusiya qazının idxalının həcmini azaltmaq mümkün olacaq. Qeyd edək ki, Qərbdə bir çox insanlar Avstriya kansleri Karl Nexhammerin “mənəvi baxımdan Rusiya qazının alınması əxlaqsızlıqdır” nöqteyi-nəzərindən meyl etməyə başlayıblar, lakin bundan qaçmaq mümkün deyil.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki