Rusiya Birləşmiş Millətlər Təşkilatında (BMT) Maliyə qarşı sanksiya rejiminin daha bir il uzadılmasını nəzərdə tutan qərar layihəsinə veto qoyub.
Vətəninfo.az xəbər verir ki, BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) Maliyə qarşı sanksiya rejimi və Ekspertlər Şurasının səlahiyyətlərinin uzadılması ilə bağlı qərar layihəsi səsə qoyulub.
Fransa və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən təqdim edilən layihədə Maliye qarşı aktivlərin dondurulması və səyahət məhdudiyyətlərindən ibarət sanksiyaların 31 avqust 2024-cü ilə qədər, Ekspertlər Şurasının səlahiyyətlərinin isə cari ilin 30 sentyabrına qədər uzadılması nəzərdə tutulurdu.
BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiya qərar layihəsinə veto qoyub.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzia qanun layihəsinin Mali və Rusiyanın “narahatlıqlarına” məhəl qoymadığını müdafiə edib.
Qeyd edək ki, Malinin xarici işlər naziri Abdoulaye Diop BMT Təhlükəsizlik Şurasının 16 iyunda keçirilən sessiyasında BMT-nin Mali Çoxölçülü İnteqrasiya edilmiş Sabitləşdirmə Missiyasının “təxirə salınmadan” ölkədən çıxmasını tələb edib.
BMT Təhlükəsizlik Şurası 2017-ci ildə Maliyə qarşı sanksiya rejimi tətbiq etməyə başlayıb.