Rusiya qüvvələri Ukraynanın Xerson vilayətinin rus qoşunlarının nəzarətində olan Holaya Pristan şəhərini karantinə almaq qərarına gəlib. Vətəninfo.az Meduza -ya istinadən xəbər verir.
Kaxovka Su Elektrik Stansiyasının dağıdılmasından sonra şəhər seldən zərər çəkib.
Onların sözlərinə görə, şəhərin giriş-çıxışı bağlanıb. Könüllülər iddia edirlər ki, Rusiya xüsusi təyinatlıları Xerson vilayətinə gəliblər, ola bilsin ki, şəhəri mülki əhalinin üzünə bağlamağı planlaşdırırlar.