image-1backend

Rusiya rəsmisi təyyarə qəzası ilə bağlı yeni yalan uydurdu:”Biz çalışdıq”

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin rəhbəri Dmitri Yadrovun Aktau vilayətində Embraer təyyarəsinin qəzaya uğraması ilə bağlı açıqlama verib.

“Aktau yaxınlığında “Embraer” təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Rusiya tərəfi qazaxıstanlı və azərbaycanlı həmkarlarına bu faciənin araşdırılmasında əməkdaşlığa tam və hərtərəfli hazır olduğunu dərhal bildirib.

Hadisənin bütün hallarını diqqətlə və tam şəkildə yoxlamaq lazımdır.

Qeyd etmək istərdim ki, həmin gün və həmin saatlarda Qroznı aeroportu ərazisində vəziyyət çox mürəkkəb idi.

Bu zaman Ukraynanın döyüş pilotsuz təyyarələri Qroznı və Vladiqafqaz şəhərlərində mülki infrastruktura terror hücumları həyata keçirib.

Bununla əlaqədar olaraq Qroznı hava limanının ərazisində bütün təyyarələrin qeyd olunan ərazidən dərhal yola salınmasını nəzərdə tutan “Kovyor” rejimi tətbiq edilib.

Bundan əlavə, Qroznı hava limanı ərazisində sıx duman olub. 500 metr hündürlükdə görüntü yox idi.

Təyyarə komandiri təyyarəni Qroznıya endirmək üçün iki cəhd etdi, lakin uğursuz oldu.

Komandirə başqa hava limanları təklif olunub. O, Aktau hava limanına getmək qərarına gəlib.

Birgə araşdırılmalı olan bir çox müxtəlif hallar var.

Biz həmkarlarımızla birgə bu işə tam hazırıq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image